Qasemi: Yəmənin yaşayış massivlərinin bombalanması səudların zəifliyini göstərir
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistanın Yəmənin Həccə şəhərindəki yaşayış massivlərinə qarşı hücumlarını pisləyərək, Yəmənin yaşayış massivlərinin bombalanmasının şiddətlənməsini səudların zəifliyininin göstəricisi adlandırıb.
Dünən təcavüzkar səud koalisiyasının Yəmənin Həccə vilayətinə qarşı hava hücumunda altmışdan çox yəmənli ölüb və ya yaralanıbdır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu hücumlarda dünyasını dəyişənlərin ailələrinin kədərilə bölüşərək, vurğulayıb: Yaşayış massivlərinin bombardman edilməsinin şiddətlənməsi, mühasirənin davam etməsi, Yəmənin dəniz, quru və hava yollarının bağlanması və Ərəbistan tərəfindən adi əhali üçün yaşayış ehtiyaclarının və humanitar yardımların daxil olmasına icazənin verilməməsi bu ölkənin öz hədəflərinə çatmaq yolunda aciz və nakam qalmasından xəbər verir.
Qasemi dünya ictimaiyyətinin bu cinayətlər, eləcə də səud qırıcılarının mülki hədəflərə və yaşayış massivlərinə qarşı sutkalıq və ardıcıl hücumlarından irəli gələn faciələr, həmçinin əlaqədar beynəlxalq təşkilat və orqanlara Yəmənə yardım etmələrini əngəlləməsi qarşısında susmasını tənqid edərək, əlavə edib: Bu kimi hərəkətlər humanitar hüquq normaları və prinsiplərinin birbaşa şəkildə pozulması deməkdir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü BMT-dən və Yəmən böhranında təsirli olan ölkələrdən istəyibdir ki, hücumların tez bir zamanda dayandırılması üçün mülkilərin, xüsusən uşaq və qadınların həyatı və təhlükəsizliklərinin qorunması istiqamətində lazımi, təcili və təsirli addımlar və tədbirləri artırsınlar.
Səudiyyə Ərəbistanı ABŞ və bir neçə ərəb ölkəsinin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hücum edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.
Bu hücum nəticəsində on minlərlə nəfər öldürülüb və yaralanıbdır.