Kərbəladan qalanlar vüsal yolunda
Noy 09, 2017 16:57 Asia/Baku
Bu il İraqda Nəcəf Əşrəfdən Kərbəlaya doğru ən böyük yürüş keçirilməkdədir. Bu fəzilət dolu səfərə çıxa bilməyənlər Tehranda İmam Hüseyn (ə) meydanından Həzrət Əbdüləzim Həsəni (ə) ziyarətgahına doğru hərəkət ediblər.
İran vətəndaşları hər bir kütlədən və hər bir yaşda, körpədən yaşlı insanlara qədər hamı bu mərasimdə iştirak edib.
İmam Hüseyn (ə) aşiqlərinin bəzisi ayaqyalın küçələrə axışıblar.
Onlar Həzrət Zeynəb (s.ə) və Kərbəla səhrasının digər əsirlərinin səsinə səs veriblər.
Hüseyn (ə) ərbəini karvanından qalanların yürüşünün iştirakçıları Həzrət Əbdüləzim Həsəni (ə) müqəddəs ziyarətgahında zöhr və əsr namazlarını qılıblar.