Noy 09, 2017 19:05 Asia/Baku
  • Cahangiri: Hüseyn (ə) ərbəini mərasimi şiələrin sülhsevərliyini əks etdirir
    Cahangiri: Hüseyn (ə) ərbəini mərasimi şiələrin sülhsevərliyini əks etdirir

İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri deyib: İmam Hüseyn (ə) ərbəini yürüşü şiələrin sülhsevərliyini dünya xalqlarına göstərir və İran xalqı bu müraciətin əsil carçısıdır.

İRNA-nın məlumatına görə, İshaq Cahangiri cümə axşamı günü İraqın Nəcəf-Əşrəf şəhərində Hüseyn (ə) ərbəini mərasiminin kənarında ərbəin mərasiminin keçirilməsini Aşura məktəbinin qorunması üçün qədim adət-ənənə adlandırıb və deyib: Bu mərasim islam dünyasının simvollarından birinə çevrilmişdir. 

Ötənilki yürüşlərlə müqayisədə bu yürüşdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu bəyan edən Cahangirinin sözlərinə görə, İraq dövləti və Silahlı Qüvvələrinin səyləri ilə bu ölkədə və Hüseyn (ə) zəvvarlarının Kərbəla şəhərinə doğru yolunda yaxşı stabillik və təhlükəsizlik yaradılmışdır. 

İran prezidentinin birinci müavini həmçinin Hüseyn (ə) zəvvarlarının sayının artmasına toxunaraq xatırladıb: Bu il İslam Respublikasından İraqa daxil olan iranlıların sayı 2 milyon nəfərdən çoxdur və bu say İran sərhədləri ilə İraqa səfər edən xarici ölkə vətəndaşlarının sayından əlavədir. 

İshaq Cahangiri sonda İraq xalqı və dövlətinə milyonlarla İmam Hüseyn (ə) zəvvarına ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib. 

Cahangiri bu gün səhər İmam Hüseyn (ə) ərbəini mərasimində iştirak etmək məqsədilə İraqın Nəcəf-Əşrəf şəhərinə səfər edib. 

Teqlər