Noy 10, 2017 16:56 Asia/Baku
  • Zərif: İranın nüvə silahlarının yayılmaması və tərkisilahına sədaqəti sübut olunub

İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb: İran nüvə anlaşmasına nail olmaq və bu anlaşma əsasında bütün öhdəliklərinə əməl etməklə nüvə silahlarının yayılmaması və tərkisilahına sədaqətini sübut edibdir.

Məhəmməd Cavad Zərif Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Mərkəzi Asiyada təhlükəsizlik və davamlı inkişaf" adlı konfransda əlavə edib: İran İslam Respublikası nəinki dini etiqadlarına görə, nüvə silahlarının düzəldilməsi, istehsalı və işlədilməsilə müxalifdir, həm də bu qənaətdədir ki, bu silahların özləri səbatsızlıq və əmin-amansızlıq amilidirlər. 

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran 1974-cü ildən Yaxın Şərqdə kütləvi qırğın və nüvə silahları olmayan bir məntəqənin yaradılması təklifi ilə çıxış edib, lakin sionist rejimin nüvə silahlarını əldə etmək üzrə təcavüzkar və hegemonçuluq siyasətlərinə və Amerikanın bu rejimi himayə etməsinə görə, bir nəticəyə çatmayıbdır.

Zərif Mərkəzi Asiyada nüvə silahları olmayan məntəqənin elan olunmasını təhlükəsizlik barədə düzgün dərkə əsaslanan bir addım adlandırıb və belə deyib: İran prezidentinin 2013-cü ildə BMT-də "Zorakılıq və ifratçılığa qarşı dünya" barədə irəli sürdüyü təklif Mərkəzi Asiyada kollektiv əməkdaşlıqlar üçün münasib beynəlxalq bir çərçivədir.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin qonşularla hərtərəfli anlaşmanı İran İslam Respublikasının xarici siyasətinin əsas prioriteti adlandırıb.

"Mərkəzi Asiyada təhlükəsizlik və davamlı inkişaf" konfransı bu gün region ölkələrinin məsul şəxsləri və şəxsiyyətlərinin iştirakı ilə Özbəkistanın Səmərqənd şəhərində işə başlayıb.

Teqlər