Noy 11, 2017 20:34 Asia/Baku
  • Ruhani: Düşmənlər bölgədə yeni məkrli plan ardıncadırlar
    Ruhani: Düşmənlər bölgədə yeni məkrli plan ardıncadırlar

İran prezidenti deyib: Düşmənlər müxtəlif məkrli planları uğursuzluğa uğradıqadn sonra, regionda yeni planlar və fəndlərin ardıncadırlar.

Əl-Aləm televiziyasının məlumatına görə, İran prezidenti Həsən Ruhani bu gün Tehranda üçlü qüvvələrin rəhbərlərinin iclasından sonra jurnalistlərə açıqlamasında terrorçularla savaşda region xalqlarının böyük uğurlarına toxunaraq deyib: Hazırda İraq, Suriya və Livan xalqları öz ordularının dəstəyi və İran İslam Respublikası kimi dost ölkələrin dəstəyi ilə təxminən bu problemlərdən xilas olublar və terrorizm məsələsi sona çatmaq üzrədir.

Prezident əlavə edib: Ölkələri parçalamaq və regionun coğrafi sərhədlərini dəyişməklə bağlı düşmənin planı da məğlubiyyətə uğradı. Hazırda bu uğurlara görə, ABŞ, sionist rejim və onların əlaltılarının narahat və əsəbi olmaları açıq-aydın məsələdir.

Ruhani deyib: Yəmən məsələsində illərdir bu ölkənin yoxsul vətəndaşlarını bombardman edirlər, vəba xəstəliyi yayılıb, vətəndaşlar aclıqdan əziyyət çəkirlər, bu ölkə vətəndaşlarına kömək üçün dəniz və hava yollarını bağlayıblar və bu dözülməz vəziyyətdir.

Ruhani sonda İran vətəndaşlarının İmam Hüseyn (ə) ərbəini yürüşündəki möhtəşəm iştirakını alqışlayıb və İraq xalqı və dövlətinə Əba Əbdillahil-Hüseyn (ə) zəvvarlarına ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

Teqlər