Noy 12, 2017 07:30 Asia/Baku
  • İranın ağır su istehsalı prosesi durdurulmayıb
    İranın ağır su istehsalı prosesi durdurulmayıb

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədr müşaviri deyib: İranın Ərak Ağır Su Kompleksi illik 20 ton istehsal ilə öz fəaliyyətini davam etdirir və ağır su istehsalı prosesi durdurulmayıb.

İRNA-nın məlumatına görə, Əli Əsğər Zarean şənbə günü Şəhre Kord Azad İslam Universiteti tələbələri qarşısında etdiyi çıxışında deyib: Nüvə müzakirələrində Ərakın OİR4 ağır su reaktorunun yüngül su reaktoruna çevrilməsinə səy göstərilsə də, bunu bacarmadılar. İndi, ağır su reaktorunun qorunması ilə yanaşı, Ərak reaktoru OİR2 reaktoruna çevrilməkdədir. Bu isə il ərzində 1.5 ton plutonium istehsal etmək imkanı deməkdir.

İranın Atom Enerjisi Təşkilatının sədr müşavirinin dediyinə görə, Ərak ağır su kompleksinin kənarında çinlilər və amerikalıların əməkdaşlığı ilə OİR4 reaktorunun rekonstruksiyası əməliyyatına da başlanılıb və reaktorun nəzəri baxımdan yeni layihəsinin hazırlanması prosesi başa çatıb və artıq onun detallarının araşdırılmasına başlanılıb.  

Teqlər