İran prezidenti: Dövlət bütün imkanları ilə zəlzələdən zərərçəkənlərin kənarında olacaq
İran İslam Respublikası prezidenti ölkənin qərb ostanlarında zəlzələdən zərərçəkmiş insanların kədərini bölüşüb və deyib: Dövlət bütün imkanları ilə zəlzələdən zərərçəkmişlərin kənarında olacaq.
Bazar günü gecə İranın qərbində Rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib.
İranın Böhranları İdarəetmə Təşkilatının ən son məlumatına görə, zəlzələ nəticəsində 328 nəfər həyatını itirib. Xəsarət alanların sayının isə 2500 nəfəri ötdüyü bildirilir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü deyib: İranın qərb ostanları və həmin ostanların qonşuluğunda yerləşən digər ostanların rəsmi qrumları və xilasedici orqanları bütün imkanlarını səfərbər etmək və maksimum əməkdaşlıq yolu ilə zəlzələdən zərərçəkənlərə yardımların çatdırılması, onların münasib formada məksunlaşdırılması və ehtiyaclarının təmin edilməsində var gücləri ilə səy göstərməlidirlər.
İran prezidenti sabah Kermanşaha səfər edəcək.