Ruhani: Acı zəlzələ hadisəsi İran xalqını kədərləndirib və narahat etdi
İran İslam Respublikası prezidenti deyib: İranın qərbiində baş verən acı zəlzələ hadisəsi və bir qrup vətəndaşımızın ölməsi bütün İran xalqını kədərləndirib və narahat edib.
Bazar günü gecə İranın qərbində Rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib. İndiyə kimi zəlzələ nəticəsində 407 nəfərin həyatını itirdiyi bildirilir. Yaralı sayı isə 6700 nəfərə çatıb. Zəlzələnin ardınca Kermanşah ostanında 152 yeraltı təkan qeydə alınıb.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü axşam öz şəxsi İnstaqram səhifəsində paylaşdığı yazıda bildirib: Hadisədən bir saat sonra daxili işlər naziri Əbdürrza Rəhmani Fəzlinin başçılığı ilə Böhran Komitəsinin iclası keçirilib və bütün qüvvələr və mövcud imkanlar zəlzələdən zərərçəkənlərə təcili və təxirəsalınmaz yardımların göstərilməsi üçün səfərbər edilib.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei də İran xalqına olan başsağlığı müraciətində bütün ordu və dövlət orqanlarının var gücləri ilə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün səfərbər olmalarını istəyib.