Noy 14, 2017 19:46 Asia/Baku
  • Vilayəti: Həririnin İranla bağlı dedikləri Ali-Səudun sözləridir

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Livanın baş naziri Səəd Həririnin İran əleyhinə səsləndirdiyi ittihamları təkzib edərək, bu iddiaların Ali-Səud tərəfindən Həririyə diktə edildiyini bildirib.

Əli Əkbər Vilayəti çərşənbə axşamı jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Həriri İrandan Livanın daxili işlərinə müdaxilə etməməsini istədiyini iddia edib. Halbuki, O, ümumiyyətlə belə bir istək irəli sürməyib və onun iddialarının əksinə olaraq, bizim müzakirələrimiz heç bir vəchlə kəskin və kobud olmayıb. Onun dediklərinin hamısı yalandır.

Vilayəti əlavə edib: Bu sözlər Ali-Səudun və İran ilə Livanın strateji dostluğunu istəməyənlərin sözləridir.

İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Həririnin bu görüşdə İran və Ərəbistan arasında vasitəçilik etmək istədiyini deyərək, əlavə edib: Mən onun cavabında bildirdim ki, bizim müzakirə ilə bağlı hansısa problemimiz yoxdur. Və danışıqları müsbət qarşılayırıq.

Vilayəti əlavə edib: Həririyə deyildi ki, Ərəbistan 3 ildir ki, Yəmənin günahsız əhalisini bombalayır. Bu ölkə əhalisi hətta, ərzaq və dərman preparatları belə əldə edə bilməyəcəkləri formada mühasirəyə alınıb. Və bütün bunların siyasətlə heç bir əlaqəsi yoxdur. Həriridən Ərəbistana insani baxımdan olmuş olsa belə, Yəmən xalqı üçün bu kimi problemlər yaratmamasını deməsini istədik. Çünki, bu məsələlərin həll yolu müzakirədir.

Vilayəti İran və Livan əlaqələrini strateji və dostcasına olan əlaqələr adlandırıb və deyib: Ümidvarıq bütün məsələlər sülhsevər formada öz həllini tapsın .

Teqlər