İranlı deputatlar Ərəbistanın Yəmənə hücumlarını qınadılar
https://azeri.sahartv.ir/news/İran-i286559-İranlı_deputatlar_Ərəbistanın_yəmənə_hücumlarını_qınadılar
İran İslam Şurası Məclisinin nümayəndələri Səudiyyə Ərəbistanının Yəmən vətəndaşlarını qırğın etməsini qınayaraq beynəlxalq dairələrin Ali-Səud rejiminin cinayətlərini araşdırılmasını tələb ediblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 15, 2017 10:25 Asia/Baku
  • İranlı deputatlar Ərəbistanın Yəmənə hücumlarını qınadılar

İran İslam Şurası Məclisinin nümayəndələri Səudiyyə Ərəbistanının Yəmən vətəndaşlarını qırğın etməsini qınayaraq beynəlxalq dairələrin Ali-Səud rejiminin cinayətlərini araşdırılmasını tələb ediblər.

İRİB-in məlumatına görə, İran İslam Şurası Məclisinin 191 deputatı çərşənbə günü bir bəyanat verərək Ali Səud rejiminin Yəmən vətəndaşlarını kütləvi qırğını və didərgin salması haqda qərb medialarının mənalı şəkildə sükutuna toxunaraq bildirib: Səudiyyə Ərəbistanı Yəmən vətəndaşlarını dəhşətli silahlarla qırğın edirsə, insan haqlarının müdafiəsindən dəm vuran ABŞ və qərb ölkələri və insan haqları iddiaçıları necə sükut edirlər?