Zəlzələ bölgələrində səhra xəstəxanası yaradılıb
-
Zəlzələ bölgələrində səhra xəstəxanası yaradılıb
İran İslam İnqilabının Keşikçiləri Korpusunun quru qoşunlarının koordinator müavini deyib: Sepahın quru qoşunları ölkənin qərbində zəlzələdən zərər çəkənlərə əlavə yardımlar məqsədi ilə səhra xəstəxanaları yaradıb.
Bazar günü İranın qərbində 7.3 bal gücündə zəlzələ baş verdi. Zəlzələ nəticəsində indiyədək 432 nəfərin həlak olduğu, 9 min 388 nəfərin yaralandığı bildirilir.
SepahNyusun verdiyi məlumata görə, General Mayor Əli Əkbər Pur Cəmişidian bu gün deyib: Sepahın quru qoşunları zəlzələ baş verən ilk saatlarda hadisə yerində olub və əhaliyə yardım və xidmət fəaliyyətlərinə başlayıb.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun quru qoşunlarının koordinator müavini deyib: Bu günədək Kirmanşah, İslamabad, Cavanrud, Özgülə və Sərpol Zəhabda 6 səhra xəstəxanası yaradılıb və burada zəlzələdən zərər çəkənlərə xidmətlər təqdim olunur.
General Pur Cəmşidian deyib:İndiyədək həmin səhra xəstəxanalarında yüzlərlə yaralı müalicə olub və bu xəstəxanalar öz fəaliyyətlərini tam qətiyyətlə davam etdirirlər.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanının əvəzedicisi General Mayor Hüseyn Dehqan da bu gün zəlzələ bölgələrinə baxış keçirmək üçün ölkənin bu ərazilərə daxil olub. O yaxından Sepahın bölmələrinin zəlzələdən zərər çəkənlərə yardımları ilə tanış olacaq.
Dünən gecə episentri Azərbaycan Respublikasının bərdə ərazisində yerləşən 5.3 bal gücündə zəlzələ baş verib, bu yeraltı təkanlar Ərdəbil vilayətinin şimal zonalarındada hiss olunub və bu təkanlarda 6 nəfər yaralanıb.