Qasimi: Britaniyanın İrana borcunu ödəməsinin "Nazənin Zağəri" işinə aidiyyatı yoxdur
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Britaniya dövlətinin İrana borcunu ödəməsinin "Nazənin Zağəri" işi ilə heç bir əlaqəsi yoxdur.
Tamson Röyters mediya qrupu layihəsinin rəhbəri kimi fəaliyyət göstərən Nazənin Zağəri cari il Aprelin 4-də İranda həbs edilib.
Nazənin Zağəri əcnəbi şirkət və müəssisələrdə üzv olaraq İran İslam Respublikası quruluşuna qarşı yumşaq devirmə mövzusunda kibernetik və mediya layihələrinin hazırlanması və icrasında iştirak edibmiş.
Bəhran Qasimi bu gün İSNA-ya verdiyi müsahibədə bəzi Britaniya mediyalarının bu ölkənin İrana olan borcunun ödənilməsi barədə yaydıqları məlumatlara və onların həmin hadisəni Nazənin Zağəri işinə aid etmək cəhdlərinə toxunaraq deyib: Nazənin Zağərinin işi İran məhkəməsində araşdırılıb və lazımı hüquqi prosseslərdən sonra ona hökm oxunub.
Qasimi İranın çoxdandır İran xalqının haqlı hüquqlarının Britaniya dövlətindən geri alınması üçün uzun müddətli və geniş müzakirələr apardığını və bu mövzunu müxtəlif yollarla izlədiyini xatırladaraq deyib: Nazənin Zağərinin işi və Britaniyanın İrana pul ödəməsi iki ayrıca mövzulardır.
İİR XİN sözçüsü deyib: Bu iki mövzunu biri-birinə aid etmək doğru deyil və rədd olunur.
Britaniya mediyaları o sıradan Röyters və Deyli Teleqraf qəzeti bu ölkənin İrana 450 milyon dollarlıq borcunun ödənilməsini Nazənin Zağərinin azad edilməsi ilə əlaqələndiriblər.
Britaniyanın İrana bu borcu Çiften tanklarının İrana satışı müqaviləsi ilə əlaqədardır ki, İslam inqilabından sonra İrana qaşrı qrəb dövlətləri tərəfindən sanksiyaların tətbiq olunması nəticəsində reallaşmadı.