İran parlament sədri zəlzələdən zərərçəkənlərlə söhbətləşib
-
İran parlament sədri zəlzələdən zərərçəkənlərlə söhbətləşib
İran İslam Şurası Məclisinin sədri bazar günü səhər İranın qərbində Kirmanşah vilayətində zəlzələdən zərərçəkən bölgələrə, eləcə də Əzgələ şəhərinə baş çəkib və bu şəhərdə zəlzələdən zərərçəkən insanlarla söhbətləşib.
Əli Laricani istilik vasitələri, neft, isti yemək, çadır, adyal, hamam, konteyner kimi üstüörtülü məkanlarla təmin olunmaq haqda Əzgələ şəhəri sakinlərinin müraciətlərini diqqət mərkəzində saxlayıb və xilasedici dairələrin bu sahədə addımlar atmalarını istəyib.
İran İslam Şurası Məclisinin sədri həmçinin İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Əzgələ şəhərindəki səyyar xəstəxanasına baş çəkib.
İran İslam Şurası Məclisinin sədri Kirmanşah vilayətində zəlzələdən zərərçəkən bölgələrə baş çəkmək üçün bu gün səhər bu vilayətə gedib.
Əli Laricani Kirmanşaha daxil olarkən deyib: Ehtiyac duyularsa, İslam Şurası Məclisi İranın qərbidə zəlzələdən zərərçəkənlərə yardım üçün qərarlar təsdiqləyəcək.