İnqilab Rəhbəri: Vəzifəli adamlar zəlzələdən zərərçəkən bölgələrdə səylərini gücləndirsinlər
İslam İnqilabının Böyük Rəhbəri bu gün səhərçağı zəlzələdən zərərçəkən bölgələrə baxış keçirərkən Sərpol-Zəhab şəhərində bildiriblər: Vəzifəli adamlar zəlzələdən zərərçəkən bölgələrdə səylərini gücləndirsinlər, indiki səylər məni qane etmir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Bu zəlzələdə bəzi sahələrdə vəzifəli adamlar parlaq fəaliyyət göstərdilər, çalışdılar və ilkin saatlarda ordu şəhərlərdə və İslam İnqilabının Keşikçiləri Korpusu kəndlərdə təsirli fəaliyyət göstərərək uçqun altında qalanlara yardım etdilər, amma səylərin bu həddi məni qane etmir və müxtəlif sahələrin vəzifəli adamları öz səyləri və mücahidliklərini artırmalıdırlar.
Həzrət Ayətullahül-üzma Xamenei əhaliyə xitabən deyiblər: Siz mehriban və səfali əhalinin şəhərinə qəm və bəla və bu kimi ağır müsibət zamanında deyil, könülləriniz şad olanda, həyatınız səfalı olanda gəlmək istərdim.
İslam İnqilabının Böyük Rəhbəri müqəddəs müdafiə dövründə Kirmanşah ostanı əhalisinin müqaviməti, fədakarlığı və sarsılmazlığına işarə edərək bildiriblər: Siz səbirli və mehriban insanlarin şəhəri və onun ətraf şəhərləri ilk dəfə deyil ki, bu kimi problemlərə düçar olur, siz qəbul etdirilən müharibə dövründə də ağrı-acılar qarşısında öz möhkəmliyiniz, mərdliyiniz, sarsılmazlığınız və qəhrəmanlığınızı nümayiş etdirdiniz və bu gün də nümayiş etdirəcəksiniz.
Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Böyük və igid insanlar hadisələr qarşısında möhkəm dayanır və onları öz iradələri qarşısında məğlub edirlər. Ona görə də baxmayaraq ki, zəlzələ dağıntılara səbəb olaraq hamını yasa bürüyən böyük bəla və müsibətdir. Ancaq elə bu zəlzələ xalqın müqaviməti və öz həyatını yenidən bərpa etməsi və abadlıq səyləri ilə nemətə çevrilə bilər.
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Bu hadisə İran xalqını hərəkətə gətirdi və ölkənin hər bir yerində xalq, Kirmanşaha borclu olduğunu düşünərək, ürəyi Kirmanşahda olaraq öz imkanı daxilində yardım etmək vəzifəsini yerinə yetirdi.
İslam İnqilabının Böyük Rəhbəri Sərpol-Zəhab şəhərində zəlzələdən zərər çəkmiş digər ərazilərə baxış keçirməsi davam edir.