Helqa Şmitt: Nüvə anlaşması barədə yenidən müzakirə imkanı mövcud deyil
-
Helqa Şmitt: Nüvə anlaşması barədə yenidən müzakirə imkanı mövcud deyil
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsinin müavini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin indiyə kimi 9 dəfə İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etdiyinə işarə edərək, deyib: Nüvə anlaşması barədə yenidən müzakirə imkanı mövcud deyil.
İRNA-nın məlumatına görə, Helqa Şmitt çərşənbə axşamı İranın İsfahan şəhərində keçirilən "Nüvə əməkdaşlıqları; nailiyyətlər və perspektivlər" seminarında Avropa Birliyinin İran ilə əlaqələrin genişləndirilməsinə sadiq olduğunu deyərək, əlavə edib: Nüvə anlaşması nüvə enerjisindən dinc məqsədlər üçün istifadə üzrə əməkdaşlıq mədəniyyətinin nişanəsidir.
Şmitt nüvə anlaşmasının ardınca İran və Avropa Birliyi arasında nüvə əməkdaşlıqlarının artmasına işarə edərək, deyib: Nüvə anlaşması İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətlərində daha artıq inkişafa və şəffaflığa səbəb olacaq. Və bu şəffaflıq nəticəsində iranlı nüvə alimləri bu xüsusda dünya alimləri ilə sərbəst şəkildə fikir mübadiləsi apara bilərlər.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsinin müavini nüvə anlaşmasını İran və Avropa Birliyi arasındakı əməkdaşlıqlar üçün potensial fürsət adlandırıb.
Avropa Komissiyasının enerji məsələləri üzrə baş müdiri Dominik Ristori də bu seminarda deyib: Avropa Birliyi İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətlərini dəstəkləyir.