"Nüvə əməkdaşlıqları; nailiyyətlər və perspektivlər" seminarı İsfahanda işə başlayıb.
-
"Nüvə əməkdaşlıqları; nailiyyətlər və perspektivlər" seminarı İsfahanda işə başlayıb.
İsfahanda "Nüvə əməkdaşlıqları; nailiyyətlər və perspektivlər" seminarı keçirilir. Bu iki günlük seminar İran və Avropa Birliyi arasında yüksək səviyyəli nüvə müzakirələri çərçivəsində baş tutan 3-cü seminardır.
Bura İsfahanın Abbasi mehmanxanasıdır. “Nüvə əməkdaşlıqları; nailiyyətlər və perspektivlər” beynəlxalq seminarının keçirildiyi məkan.
Bu seminar, Brüssel seminarından sonra ikinci dəfədir ki, təşkil edilir.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsinin müavini bu seminarda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin indiyə kimi 9 dəfə İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etdiyini xatırladaraq, deyib: Nüvə anlaşmasından sonra sanksiyalar ləğv edilməli idi və Avropa Birliyi bu beynəlxalq anlaşmanı himayə edir. Helqa Şmitt nüvə anlaşmasını bir neçə tərəfli beynəlxalq anlaşma adlandırıb və bütün tərəflərin ona sadiq qalmalı olduğunu deyib.
İran xarici işlər nazirinin müavini də bu seminarda İranın nüvə anlaşmasına sadiq olduğunu vurğulayaraq, deyib: Avropa Birliyinə dəstəklərinə görə təşəkkür etmək lazımdır.
Abbas İraqçı bu seminarın nüvə təhlükəsizliyi və təcrübə mübadiləsi baxımından önəmli olduğunu da vurğulayıb.
O, regional məsələlərlə bağlı fikir ayrılıqlarının olduğunu amma, ortaq bir anlaşmanın əldə edilməsinə səy göstərildiyini deyib.
İran İslam Şurası Məclisinin üzvü höccətülislam Zünnur da bu seminarda ABŞ-ın İrana qarşı yeni sanksiyalarının beynəlxalq ictimaiyyətin istəyi ilə ziddiyyət təşkil etdiyini deyib və bu seminarın ABŞ-ın şeytancasına olan hərəkətlərinin zərərsizləşdirilməsi istiqamətində olduğunu bildirib.
Zünnur daha sonra ABŞ-ın nüvə anlaşması ilə bağlı qarabasmalara düçar olduğunu deyib.
İranın Atom Enerjisi Təşkilatının sədr müavini cənab Kəmalvəndi də İranın İŞİD kimi regional təhlükələrin önlənilməsindəki təsirli roluna işarə edib və deyib: İndiyə kimi nüvə alimləri arasındakı fikir mübadilələri çox yaxşı səviyyədə olub.
Kəmalvəndi deyib: “2-3 sahə ilə bağlı bizimlə praktiki olaraq əməkdaşlıq etməyə başlayıblar və bəzi mütaliələr üçün büdcə də ayırıblar. Misal üçün, Buşehr AES-ində nüvə təhlükəsizliyi ilə bağlı 20 milyon avro vəsait ayırıblar.”
Bu iki günlük seminarda İran və Avropa Birliyinin 80-dən artıq mütəxəssisi iştirak edir.