İran və Rusiya prezidentləri Soçidə bir araya gəlib
Noy 22, 2017 18:10 Asia/Baku
İran İslam Respublikası prezidenti Həsən Ruhani və Rusiya Federasiyası prezidenti Vladimir Putin çərşənbə günü bu ölkənin Soçi şəhərində görüşərək danışıqlar aparıblar.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli iclasında iştirak etmək məqsədilə Soçi şəhərinə səfər edib.
İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclası Astana müzakirələrinin prosesi və nəticələrini və Suriya daxilində siyasi proseslərin başlanmasını araşdırmaq məqsədilə keçirilir.