Noy 22, 2017 18:15 Asia/Baku
  • İran və Türkiyə prezidentləri Soçidə görüşüblər
    İran və Türkiyə prezidentləri Soçidə görüşüblər

İran İslam Respublikası prezidenti Həsən Ruhani və Türkiyə Cumhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində bir araya gələrək danışıqlar aparıblar.

İRİB-in məlumatıan görə, bu ikitərəfli görüşdən sonra İran, Rusiya və Türkiyə prezidentləri üçtərəfli iclasda Suriya və bu ölkənin prosesləri haqda müzakirələr aparacaqlar.

Elan olunan proqrama əsasən, İran, Rusiya və Türkiyə prezidentləri üçtərəfli müzakirələrdən sonra jurnalistlərlə toplantıda birgə bəyanatı oxuyacaqlar.

Teqlər