İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclası
https://azeri.sahartv.ir/news/İran-i287137-İran_rusiya_və_türkiyə_prezidentlərinin_üçtərəfli_iclası
Rusiyanın Soçi şəhərində İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclası bu gün çərşənbə günü Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2017 16:09 Asia/Baku
  • İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclası
    İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclası

Rusiyanın Soçi şəhərində İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclası bu gün çərşənbə günü Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.

İran və Türkiyə prezidentləri iclasın keçirildiyi məkana daxil olarkən Rusiya prezidenti tərəfindən qarşılanıblar.

Ruhani, Putin və Ərdoğan bu iclasda xatirə şəkli çəkdirdikdən sonra, üç ölkənin yüksək səviyyəli heyətlərinin müşayiəti ilə müzakirələrə başlayıblar.

İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Cumhuriyyəti prezidentlərinin üçtərəfli iclası Astana müzakirələrinin prosesi və nəticələri və Suriyada daxili siyasi gedişata başlamaq prosesinin araşdırılması məqsədilə keçirilib.