Noy 23, 2017 11:22 Asia/Baku
  • Ruhani Tehrana qayıdıb

İran İslam Respublikasının prezidenti Rusiyanın Soçi şəhərində keçirilən İran, Rusiya və Türkiyənin üçtərəfli zirvə görüşündən sonra cümə axşamı günü səhər tezdən Tehrana geri dönüb.

İran İslam Respublikası, Rusiya və Türkiyənin üçtərəfli sammiti, Suriyadakı vəziyyətin araşdırılması və bu ölkədəki böhranın başa çatması üçün bir həll yolunun yaradılması məqsədiylə təşkil edilmişdi.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü axşam bu görüşdən sonra Suriyanın suverenliyini, müstəqilliyini, birliyi və ərazi bütövlüyünü təsdiqləyən birgə bəyanatda terrorçu qrupların son məğlubiyyətinədək bir-birilərilə həmkarlıqlarını davam etdirmək barədə razılaşıblar.

Üç ölkənin dövlət başçıları həmçinin BMT-nin münasib nəzarəti altında, şəraiti uyğun gələn bütün suriyalıların iştirakı ilə Suriyada azad və ədalətli seçkilərin keçirilməsi, eləcə də Suriya xalqının dəstəyilə bu ölkənin əsas qanununun hazırlanması ilə nəticələnəcək azad, ədalətli, şəffaf və əhatəli suriyalı-suriyalı bir proses yolu ilə Suriya böhranı üçün siyasi bir həll yolunun əldə olunması və bu ölkə birliyinin qaytarılmasında suriyalılara kömək etmək barədə razılığa gəliblər.

Ruhani həmçinin çərşənbə günü Soçidə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Ruhani ilə Ərdoğan arasındakı görüşdə, iki tərəf İran və Türkiyənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində mövcud imkanlar və bacarıqlardan maksimum istifadə etmələrini vurğulayıbdır.

İran İslam Respublikasının prezidenti və Rusiya prezidenti də ikitərəfli görüşlərində qarşılıqlı əlaqələrin bütün sahələrdə genişləndirilməsini vurğulayıblar.

Ruhani və Putin həmçinin nüvə anlaşmasının müzakirə tərəfləri vasitəsilə tam şəkildə icra olunması və bu beynəlxalq anlaşmanın qorunması vacibliyini vurğulayaraq, bunun hamının xeyrinə oduğunu qeyd ediblər.

Teqlər