Noy 24, 2017 17:31 Asia/Baku
  • Brucerddə iki yeraltı təkan; 36 nəfər yaralanıb
    Brucerddə iki yeraltı təkan; 36 nəfər yaralanıb

İranın qərbində Lorestan valiliyinin fövqəladə hallara nəzarət idarəsinin baş direktoru deyib: Brucerd rayonunda iki zəlzələ nəticəsində 36 nəfər yaralanıb.

Ötən gecə Brucerd rayonunda rixtr şkalası üzrə 4,3 və 3,2 bal gücündə iki yeraltı təkan qeydə alınıb. 

İRİB-in məlumatına görə, Lorestan valiliyinin fövqəladə hallara nəzarət idarəsinin baş direktoru Rza Aryayi deyib: Bu zəlzələdə yaralananlardan 34 nəfəri müalicə olunaraq tərxis olunub, yalnız iki nəfər xəstəxanada yatırılıb. 

Aryayi əlavə edib: Brucerddə zəlzələ nəticəsində bir neçə yaşayış massivinə də xəsarət dəymişdir. 

2017-ci il 12 noyabrda da İranın qərbində müxtəlif bölgələrdə rixtr cədvəli üzrə 7,3 bal gücündə zəlzələ baş verdi. Nəticədə 444 nəfər həlak oldu, 12 min 386 nəfər də yaralandı. 

Bu zəlzələ Kirmanşah vilayətinin 7 rayonu və 1000 kəndinə xəsarət vurmuşdur. Zəlzələ nəticəsində təxminən 30 min mənzil tamamilə dağılmış, ya da kiçik və böyük xəsarətlər almışdır. 

Teqlər