General Səfəvi: İranın şimal qərb regionu davamlı təhlükəsizliyə malikdir
-
General Palkovnik Seyid Yəhya Səfəvi
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının müşaviri deyib: İranın şimal qərb regionu İslam İnqilabının Keşikçiləri Korpusunun fədakarlıqları nəticəsində destabillik dövrünü arxada qoyub.
SepahNyus-un verdiyi məlumata görə, General Palkovnik Seyid Yəhya Səfəvi bu gün İranın şimal qərbində Qərbi Azərbaycan ostanının silahlı qüvvələrinin komandanları toplusunda etdiyi çıxışında deyib: İranın şimal qərb regionu son 40 ildə İranın xarici düşmənlərinin hədəfində olub amma bu region destabillik dövrünü arxada qoyub və qonşu ölkələrin sərhəd bölgələri yəni kürd sakinli əraziləri ilə müqayisədə davamlı təhlükəsizliyə malikdir.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının müşaviri deyib: İranın şimal qərb regionu İran İslam Respublikasının həssas bölgələrindən biridir ona görə ki, Azərbaycan Respublikası, Türkiyə və İraq kimi üç ölkə ilə həmsərhəddir və min km-dən çox əlaqə yollarına malik olaraq İranın Türkiyə vasitəsi ilə Avropaya eləcə də İranın İraqa qovuşaq nöqtəsidir.
General Səfəvi deyib: Təhlükəsizliyin təmin edilməsi sadəcə silahlı qüvvələr və təhlükəsizlik qrumlarına aid deyil, bu həm də ictimai, mədəni və iqtisadi sahələri də əhatə edir.