Qətərin iqtisadiyyat naziri İranla münasibətlərin gücləndirilməsini istəyib
Qətərin iqtisadiyyat naziri Tehranda İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri ilə görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı qarşısında duran maneələrin aradan qaldırılması və ticarət mübadilələrinin artırılmasını istəyib.
Qətərin iqtisadiyyat naziri Əhməd Bin Casim Bin Məhəmməd Ali-Sani bu gün səhər çağı bir ticarət heyətinin müşayiəti ilə Tehrana daxil olub və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari eləcə də iqtisadi fəallardan ibarət bir qrup ilə görüşüb.
Qətərli nazir İranın ticarət naziri ilə görüşündən sonra deyib: Bu görüşdə iki ölkə arasında ticarət mübadilələrinin artırılması və maneələrin aradan qaldırılması müzakirə edildi.
Qətərin iqtisadiyyat naziri Tehrana səfərinin İranın sənaye nazirinin dəvəti ilə baş tutduğunu bildirərək deyib: İki ölkə arasında ticarət əlaqələri son aylarda artıb.
Əhməd Bin Casim Bin Məhəmməd Ali-Sani Qətərin İİR-dan ən əsas idxalatının ərzaq malları və tikinti materiallarından ibarət olduğunu bildirərək deyib: İran Türkiyə və Azərbaycan Respublikası mallarının bu Qətərə quru nəqliyyatında əsas rola malikdir.