Noy 26, 2017 10:15 Asia/Baku
  • Zərif: Bank məhdudiyyətlərinin aradan qaldırılması zərurət daşıyır
    Zərif: Bank məhdudiyyətlərinin aradan qaldırılması zərurət daşıyır

İran İslam Respublikası xarici işlər naziri Əhatəli Müştərək Təşəbbüs Proqramının qarşılığında bank məhdudiyyətlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif dünən Tehranda Avropa Birliyində İranla əlaqələr qrupunun sədri Yanuş Levandovski ilə görüşündə Avropa Birliyinin İran üçün önəmli ortaq olduğunu vurğulayaraq, ƏMTP-nın bütün tərəflər vasitəsi ilə tam icra idilməsi və İranın onun mənafeyindən faydalanmasını istəyib. 

Bu görüşdə Yanuş Levandovski də AB-nin ƏMTP-nı tam dəstəklədiyini və bu proqramın bütün ölkələr tərəfindən tam icra edilməli olduğuna dair mövqeyini təkrarlayaraq ƏMTP-nı bütün müzakirə edən ölkələrin dözümlülüyü və diplomatik fəaliyyətinin məhsulu adlandırıb və deyib: ƏMTP-nın nəticəsi və səmərəsi hiss olunmalıdır. 

Teqlər