İran qərbin ikili mövqeyini tənqid edib
-
İran qərbin ikili mövqeyini tənqid edib
İranın məhkəmə hakimiyyətinin insan haqları komitəsinin sədri İranda bəzi şəxslərə qarşı insan haqları ilə əlaqəli bəhanələrlə sanksiyaların tətbiq edilməsini qınayıb.
Məhəmməd Cavad Laricani dünən Tehranda Avropa Bilrliyində İranla əlaqələr qrupunun sədri Yanuş Levandovski ilə görüşündə deyib: Elm və texnologiyanın çeşidli sahələrində demokratik nailiyyətlər İranın regionda üstün mövqedə durması ilə nəticələnib və Avropa İranı bu uğurlu təcrübə və nailiyyətlərlə qiymətləndirməlidir.
İranın məhkəmə hakimiyyətinin insan haqları komitəsinin sədri Səudiyyə Ərəbistanının Yəmənə qarşı cinayətlərini və qərb ölkələrinin susqunluğunu kəskin tənqid edərək deyib: Səudiyyə Ərəbistanı Yəməndə minlərlə günahsız qadın və uşağı qətlə yetirib amma insan haqlarını ən əsas pozan ölkə olan Səudiyyə Ərəbistanının Avropa ilə yaxşı əlaqələrə malik olduğuna görə onun adı insan haqlarını pozanlar siyahısına daxil edilmir.