Şanxay Təşkilatına üzv ölkələrin prokurorları bir araya gəldi
İranın nümayəndəsi olaraq Sankt-Peterburqda keçirilən iclasda iştirak edən baş prokuror Höccətülislam Müntəziri terror qruplaşmalarının internetdən istifadə etmələri haqda xəbərdarlıq edib.
Höccətülislam Müntəziri deyib: Hazırda kiber terrorizm radikal qruplaşmalarla məhdudlaşmır. Əksinə bəzi ölkələrin təhlükəsizlik xidmətləri də casusluq və təcavüzkar məqsədlərini irəlilətmək üçün digər ölkələrin infrastrukturları və kompüter sistemlərinə nüfuz və ya kiber hücumu edirlər. Bu hərəkət bir növ kiber terrorizmdir və dövlət kiber terrorizmi kimi qiymətləndirilə bilər.
İranın baş prokuroru sözlərinin sonunda bu iclasda və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş prokurorlarının digər iclaslarında verilən qərarların icrasının izlənilməsi məqsədilə katibliyin təşkil olunmasını, izləmələrin nəticəsini iştirakçıların diqqətinə çatdırılmasını təklif edib.