Dek 01, 2017 10:45 Asia/Baku
  • Kermanda zəlzələ \ Bəzi kənd yolları bağlandı
    Kermanda zəlzələ \ Bəzi kənd yolları bağlandı

İranın şərqində yerləşən Kerman ostanının Ravər şəhərinin icra başçısı bu gün səhər Kermanın Hocedk şəhərində baş vermiş zəlzələ nəticəsində bəzi kənd yollarının bağlandığını və bəzi qədim binaların divarlarının uçduğunu deyib.

Ravər şəhərinin icra başçısı Məhəmmədrza Mirsadiqi bu gün cümə İRNA-ya verdiyi müsahibədə Hocedk zəlzələsində xəsarət alan olmadığını deyib.

Mirsadiqinin dediyinə görə, hazırda zəlzələdən zərərçəkmiş məntəqələrdə dəyən zərər və ziyanların araşdırılması üçün xüsusi dəstələr fəaliyyətə başlayıblar. 

Ravər şəhərinin icra başçısı həmçinin, böhran qərargahının yaradıldığını bildirib və deyib: Ravər məntəqəsində yüzdən artıq şəhər və qəsəbə  yerləşir.

Kermanın Qırmızı Aypara Cəmiyyətinin baş müdiri Rza Fəllah isə deyib: Zəlzələnin episentri Ravər məntəqəsində yerləşən Guvərk kəndi olub. 

Rza Fəllahın dediyinə görə, zəlzələ nəticəsində sadəcə qədim binalar və köhnə evlər zərər və ziyanlara məruz qalıb. Həmçinin, bəzi məntəqələrdə dağıntılar nəticəsində ev heyvanlarının zərərçəkdiyi bildirilir.  

Teqlər