Novruz BMT-nin rəsmi təqvimində qeydə alındı
https://azeri.sahartv.ir/news/İran-i288013-novruz_bmt_nin_rəsmi_təqvimində_qeydə_alındı
İran İslam Respublikasının səyləri ilə Novruz BMT-nin rəsmi təqvimində qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 06:07 Asia/Baku
  • Novruz BMT-nin rəsmi təqvimində qeydə alındı
    Novruz BMT-nin rəsmi təqvimində qeydə alındı

İran İslam Respublikasının səyləri ilə Novruz BMT-nin rəsmi təqvimində qeydə alınıb.

Xəbər televiziyasının internet portalının məlumatına görə, İranın təşəbbüsü ilə beynəlxalq gün kimi qeydə alınan Novruz 4 mərhələ sıx müzakirə və İslam Respublikasının davamlı səyləri ilə BMT-nin rəsmi təqvimində qeydə alınıb. 

Hər il Novruz günlərində beynəlxalq gün kimi İranın idarəçiliyi və Novruzu dəstəkləyən ölkələrin səfirlərinin iştirakı ilə BMT-də mərasim keçirilir. 

İranın bu hərəkətini həmçinin BMT baş katibi dəstəkləyib. 

BMT baş katibi Antonio Quterreş Novruz haqda deyib: Novruz bir-birimizin haqqında öyrənmək, sülh, dostluq, insan haqları və insanlığın bərpası istiqamətində öhdəliklərin yenilənməsi üçün fürsətdir. 

BMT Baş Assambleyası 23 fevral 2010-cu ildə qətnamə təsdiqləyərək BMT Əsasnaməsinin 49-cu maddəsi çərçivəsində və sülh mədəniyyəti adı altında 21 martı Beynəlxalq Novruz Günü adlandırıb.