Dek 02, 2017 18:16 Asia/Baku
  • Vilayəti: İslam dünyası təfriqələr qarşısında birliyə ehtiyaclıdır
    Vilayəti: İslam dünyası təfriqələr qarşısında birliyə ehtiyaclıdır

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib: İslam dünyasının bugünkü vacib məsələsi təfriqələr qarşısında birlikdir.

İRİB-in məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Vəhdət Həftəsinin başlanğıcı və Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) viladəti münasibəti ilə verdiyi müraciətdə İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) bu təşəbbüsünün islam ümməti arasında birlik və vəhdətə şəraitin yaradılması adlandırıb.

Vilayəti deyib: Düşmənlərin islam-sionist mübarizəsini islam-islam qarşılaşmasına çevirmək və sionist rejimin təhlükəsizliyi və stabilliyinə şərait yaratmağa dair səyi indiyə qədər islam dünyasının birliyi, əlbəttə müqavimət mehvərinin müqaviməti ilə məğlubiyyətə uğramışdır və şübhəsiz davamında da nəhs planlar reallaşmayacaq.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: İranın prinsipial siyasəti elə əvvəldən indiyə qədər birliyin qorunması, məzhəblərin yaxınlaşması, hər hansı ixtilafdan çəkinilməsi və islam ümmətinin çoxlu ortaqlıqlarının vurğulanmasıdır. Bu da əziz islam peyğəmbərinin (s.ə.s) ümmətin birliyi üzrə təlimlərinin önəmli hissəsi olmuşdur.

12 rəbiüləvvəl 1439-cu hicri qəməri ili, 1 dekabr 2017-ci il Vəhdət Həftəsinin başlanmasına təsadüf edir. Sünnilər 12 rəbiüləvvəli, şiələr 17 rəbiüləvvəli əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) viladəti hesab edirlər.

Teqlər