Çabəharın Şəhid Beheşti Dəniz Limanının birinci mərhələsi istifadəyə verilib
İranın cənub-şərqində yerləşən Çabəhar məntəqəsində quraşdırılan Şəhid Beheşti Dəniz Limanının birinci mərhələsi İran İslam Respublikası prezidenti Həsən Ruhani və 17 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə istifadəyə verilib.
Həsən Ruhani bu gün Çabəharda Şəhid Beheşti adına beynəlxalq dəniz li manının birinci fazasının istifadəyə verilməsi mərasimində şimal-cənub nəqliyyat marşrutunu son dərəcə önəmli adlandırıb və deyib: Çabəharın beynəlxalq əhəmiyyətli dəniz limanı malik olduğu mövqeyi nəzərə alaraq, şimal - cənub nəqliyyat marşrutunun qısaldılmasına kömək etməklə yanaşı, bu marşrutu okean sularına birləşdirə bilər.
İran prezidenti daha sonra deyib: Çabəharın Şəhid Beheşti dəniz limanının istifadəyə verilməsi iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Çünki, yüklərin qısa zaman ərzində və sərfəli qiymətə qonşu ölkələrə çatdırılmasına imkan yaradır.
Ruhani həmçinin deyib: İranın şərq qonşuları o cümlədən Əfqanıstan habelə, İranın Mərkəzi Asiyadakı şimal qonşuları şimal-cənub nəqliyyat marşrutu vasitəsi ilə beynəlxalq slara çıxış əldə etmiş olacaqlar. Bu isə İranın şərq və şimal qonşuları hətta, Avropa ölkələri ilə əlaqələrinin inkişaf etməsi və möhkəmlənməsinə səbəb olacaq.
Çabəharın Şəhid Beheşti dəniz limanının birinci mərhələsinin istifadəyə verilməsi ilə bu limanda gəmilərdən yüklərin qəbul edilməsi və yüklərin gəmilərə yüklənməsinin illik həcmi 2.5 milyon tondan 3 milyon tona artırılmış olacaq.
Çabəharın Şəhid Beheşti dəniz limanının birinci fazasının quraşdırılması və istismara hazır vəziyyətə gətirilməsi üçün təqribən 1 milyard dollar vəsait xərclənib.