Tehranda islami vəhdət konfransı öz işinə başlayıb
Dek 05, 2017 12:24 Asia/Baku
Bu gün Tehranda İran İslam Respublikası prezidentinin iştirakı ilə 31-ci islami vəhdət konfransı öz işinə başlayıb.
İRNA-nın verdiyi məlumata görə, 500 xarici və daxili qonağın iştirakı ilə və "vəhdət və yeni islami sivilizasiyanın tələbləri" adı altında öz işinə başlayan 31-ci beynəlxalq islami vəhdət konfransı dekabrın 7-dək davam edəcək.
31-ci beynəlxalq islami vəhdət konfransının kənarında " müqavimət alimlərinin ümumdünya birliyi", " seyidlərin ümumdünya birliyi" və " müsəlman qadınların ümumdünya birliyi"-nin iclasları da keçirilir.
İslami vəhdət konfransının qonaqları dünən İmam Xomeyninin(r.ə) məqbərəsini ziyarət edib və İran İslam Respublikasının banisinə öz ehtiramlarını bildiriblər.