İnqilab Rəhbəri: ABŞ, sionist rejim və onların regiondakı ardıcılları hazırkı dünyanın fironlarıdır
İslam İnqilabının Böyük Rəhbəri ABŞ, sionist rejim, mürtəce və supergüclərdən asılı olanları bugünkdü dünyanın fironları adlandırıb və deyiblər: Bəzi amerikalı siyasətçilər etiraf edirlər ki, Qərbi Asiya regionunda müharibə və qarşıdurma olmalıdır ki, sionist rejim təhlükəsizlikdə qərarlaşsın. Beləliklə islam dünyasnın yaralı bədəni inkişaf etmək gücündə olmasın.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli mövludları günündə İranın üçlü qüvvəsinin başçıları, bir qrup dövlət rəsmisi, islam ölkələri səfirləri və İslam Vəhdəti Beynəlxalq Konfransının qonaqlarını qəbulu zamanı bəzi region ölkələrinin ABŞ-ın tələblərinə baş əymələrindən təəssüflənərək əlavə ediblər: İslam Respublikasının müsəlman dövlətlərlə ixtilafa heç bir marağı yoxdur və İran daxilində vəhdət və qardaşlıq hakim olduğu kimi islam dünyasında da qardaşlıq və birliyə inanır və buna maraqlıdır.
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Dilimiz regionda ABŞ-ın ardınca gedənlər qarşısında nəsihət dilidir, onlara nəsihət edirik ki, dünyanın zalımlarına xidmət etmək öz ziyanlarınadır. Quranın buyurduğuna görə, zalımlarla birlikdə olmağın məhvdən başqa sonu yoxdur.
İnqilab Rəhbəri düşmənlərin təkfirçi qruplaşmaları yaratmaqda yekun məqsədinin şiə və sünni müharibəsi yaratmaq olduğunu bildirərək əlavə ediblər: Allah düşmənlərimizi axmaq yaradıb və elə bu, islam düşmənlərinin məqsədi, yəni məzhəb müharibəsinin reallaşmamasına səbəb oldu. İnşallah gələcəkdə də reallaşmayacaq.
Həzrət Ayətullahülüzma Xamenei islam ümmətinin birliyi və sionizm və islamın digər düşmənləri qarşısında müqaviməti islam dünyasının dərdlərinin əlacı və qüdrət və izzətə çatmaq yolu adlandırıb və bildiriblər: Fələstin məsələsi islam ümmətinin siyasi məsələlərinin başında durur və hamı Fələstin xalqının azadlığı və xilası üçün çalışmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri Qüdsün sionist reijmin paytaxtı olaraq elan olunması haqda islam düşmənlərinin iddiasını onların zəifliyi və acizliyinin nişanəsi adlandırıb və əlavə ediblər: Şübhəsiz islam dünyası bu məkrli plan qarşısında duracaq, sionistlər bu işdən böyük zərbə alacaq və əziz Fələstin nəhayət azad olunacaq.