İran ABŞ hökumətinin qərarını sərt şəkildə qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyi ABŞ hökumətinin öz səfirliyini Tələvivdən işğal olunmuş Beytül-Müqəddəsə köçürməsi və Beytül-Müqəddəsi Qüdsü işğal etmiş rejimin paytaxtı olaraq elan etməsini sərt şəkildə qınayır və onu beynəlxalq qətnamələrin açıq-aşkar pozulması hesab edir.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası Xarici İşlər Nazrliyinin bəyanatında bildirilir: Müsəlmanların ilk qibləsi əl-Əqsa məscidini özündə yerləşdirən Qüds şəhəri Fələstinin ayrılmaz hissəsidir, ismalın üç önəmli müqəddəs məkanlarından biri sayılır və müsəlmanlar arasında xüsusi mövqeyə və əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, sionist rejim bu şəhəri tam ələ keçirmək üçün çoxlu cinayətlər törətmiş, o cümlədən əsas sakinləri qovmaq, onların əmlakı və ərazilərini mənimsəmək, şəhərin əhali quruluşunu dəyişmək məqsədilə yəhudiləri alternativ etmək, müqəddəs islam abidələri və binalarını məhv etmək, həmçinin radikal yəhudilərin əl-Əqsa məscidinə daxil olması vasitəsi ilə bu müqəddəs məkana təcavüz və hörmətsizlik etmək, ziyarət və cümə namazında iştirak etmək məqsədilə müsəlmanlara məhdudiyyət yaratmaq, Fələstin vətəndaşlarının hüquqlarını tapdamalağı öz gündəminə salmışdır. İran İslam Respublikası həmişə vurğulayıb ki, Yaxın Şərqin stabilliyi və təhlükəsizliyinin qarışmasının əsas səbəbi işğalçılığın davam etməsi, ABŞ hökumətinin sionist rejimə əvəzsiz yardımları, Qüds-Şərifin paytaxtlığı ilə müstəqil Fələstin dövlətinin təşkil olunması üzrə fələstinlilərin ilkin hüququndan məhrum qalmasıdır. ABŞ və müttəfiqlərinin təslimçi saziş həll yolunu qəbul etdirməklə bağlı səylərinə rəğmən, Fələstin xalqının minimum arzuları Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri çərçivəsində təmin olunmadı, üstəlik ABŞ-ın sionist rejimə dəstəkləri və beynəlxalq dairələr və təşkilatların etinasızlığı sayəsində qəsəbələrin genişləndirilməsi, əlavə ərazilərin müsadirə edilməsi, Qüds-Şərifdə dini məkanlara hörmətsizliyin olunması davam etdi. Bu da Fələstin xalqını haqlı və qanuni tələblərinin gerçəkləşməsindən daha da uzaqlaşdırdı. Qüds şəhərinin sionist rejimin paytaxtı olaraq rəsmən tanınmasına dair ABŞ-ın məntiqsiz və təhrikedici qərarı regionun sülh və stabilliyinə kömək etməyəcək, üstəlik ABŞ hökumətinin nəhs niyyətlərini rüsvay edəcək, hələ də sülh müzakirələri prosesində bu ölkənin tərəfsizliyinə inanan tərəflərin imicini korlayacaq, müsəlmanların təhrik olmasına gətirib çıxaracaq və yeni intifazənin alovlanması və qəzəb və nifrət dolu davranılar və radikallığın artması ilə nəticələnəcək. Bu məsələdə də sadəcə ABŞ hökuməti və sionist rejim məsuliyyət daşımaqdadırlar. Qüds şəhərinin BMT-nin qətnamələrinə əsasən işğal olunmuş ərazilər hesab olunduğuna görə, ABŞ-ın bu şəhəri işğalçı rejimin paytaxtı olaraq rəsmən tanıması beynəlxalq qətnamələrin açıq-aşkar şəkildə pozulması deməkdir. Buna görə, İran İslam Respublikası Fələstin xalqına tam həmrəyliyini elan etməklə yanaşı, beynəlxalq ictimaiyyət, xüsusilə də BMT-nin Fələstin və Qüds-Şərifin işğalına son qoymaq və əsaslı hüquqlarını əldə etmək istiqamətində bu diyarın vətəndaşlarına kömək üçün önəmli məsuliyyətini yerinə yetirməsini vurğulayır.
ABŞ prezidenti Donald Tramp medialarla keçirdiyi mətbuat konfransında ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsi fərmanını imzalayıb.