Dek 07, 2017 19:04 Asia/Baku
  • Ruhani İƏT-in Qüdslə bağlı sammitində iştirak edəcək
    Ruhani İƏT-in Qüdslə bağlı sammitində iştirak edəcək

İran İslam Respublikası prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qüds və Fələstin məsələsiilə bağlı fövqəladə sammitində iştirak etmək məqsədi ilə qarşıdan gələn çərşənbə axşamı İstanbula səfər edəcək.

İƏT bu gün 12-13 dekabrda İstanbuulda ölkə başçıları səviyyəsində iclasın keçirilməsini və ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi məsələsinin araşdırılmasını, Donald Trampın bu təhqiramiz hərəkəti qarşısında İslam ölkələrinin vahid mövqeyinin hazırlanmasını istəyib.

İslam Əməkdaşlıq Təşkilatı  həmçinin, ABŞ prezidenti Donald Trampın Qüds ilə bağlı qərarını sadəcə müsəlmanlara qarşı deyil, xristiyanlar və müsəlmanların Əl-Əqsa Məscidi ilə bağlı əbədi bağlarına qarşı ciddi təhdid adlandırıb  və dünya ictimaiyyətini bu məsuliyyətsiz hərəkət ilə mübarizədə əməkdaşlığa dəvət edib.

Teqlər