Dek 08, 2017 13:42 Asia/Baku
  • Sepah: Trampın hərəkəti islam ümməti əleyhinə böyük məkrli plandır

İslam İnqilabı Keşikçilər Korpusu Sepah ABŞ prezidentinin Qüdsü saxta İsrail rejiminin paytaxtı olaraq rəsmən tanımasını pisləyərək bu hərəkəti islam ümməti əleyhinə böyük məkrli plan adlandırıb.

ABŞ prezidenti Donald Tramp çərşənbə gecə regional və beynəlxalq reaksiya və xəbərdarlıqlara rəğmən, Qüdsü saxta İsrail rejiminin paytaxtı olaraq elan edib. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepah bir bəyanat verərək bildirib: ABŞ prezidentinin Qüdsü saxta və uşaq qatili olan sionist rejimin paytaxtı olaraq elan etməsinə dair əbləh və alçaq qərarı islam ümməti əleyhinə böyük məkrli plan və Fələstin xalqının hüququnu tapdalamaq hesab olunur və islam dünyası və digər azadlıqsevər və haqsevər ictimaiyyətlər qətiyyətli və ayıq-sayıq mövqelər sərgiləməklə bu nəhs və şeytani planı zərərsizləşdirməlidir. 

Bu bəyanatda əlavə olunur: Şühbəsiz bu mənfur səy Ağ Ev və beynəlxalq sionizmin başçılarının röyasını gerçəkləşdirməyəcək, üstəlik müqavimət cəbhəsinin Qüds-Şərifin azadlığı amalını əvvəlkindən daha ciddi şəkildə izləməsinə və məzlum və əziz Fələstinin qəsbkarlarını öz intiqam alovunda yandırmasına səbəb olacaq. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepah bildirib: Fələstin intifazəsi yeni mərhələdə islam ümməti, anti-imperialist və dünya azadlıqsevərlərinin hərtərəfli dəstəyi ilə əvvəlkindən daha sürətlə davam edəcək, regionda böyük şeytanın yeni siyasətləri və strategiyalarını rüsvay etməklə, cəllad və cinayətkar sionist rejiminin sonunun gətirəcək və islam dünyasındakı bu xərçəng şişinin məhvini tezliklə gerçəşlədirəcək. 

İslam İnqilabı Keşikçilər Korpusu Sepah həmçinin İran xalqını bu gün cümə namazından sonra İranın hər bir yerində anti-ABŞ və anti-sionist aksiyalarında əzəmətlə iştiraka dəvət edib. 

Anti-ABŞ və anti-sionist aksiyaları Birləşmiş Ştatların prezidenti Donald Trampın Qüds şəhərini İsrail rejiminin paytaxt elan etməsinə etiraz olaraq bu gün cümə namazından sonra İranın hər bir yerində keçiriləcək. 

Teqlər