Dek 08, 2017 17:14 Asia/Baku
  • İran xalqı Trampın qərarını pislədi

İran İslam Respublikası vətəndaşları cümə namazını qıldıqdan sonra İranın müxtəlif şəhərlərində küçələrdə irimiqyaslı yürüş keçirərək ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı kimi elan etməsini sərt şəkildə pisləyiblər.

İran İslam Respublikası vətəndaşları Fələstinə dəstək və Qüdsü işğal etmiş rejim qarşısında müqavimət yolunun davam etdirilməsinə dair yazılı plakatlar daşıyaraq "ABŞ-a ölüm!" və "İsrailə ölüm!" şüarlarını səsləndirib və bu rejim bayrağını yandırıblar.

ABŞ prezidenti çərşənbə günü regional və beynəlxalq xəbərdarlıq və etirazlara rəğmən bildirib: ABŞ Qüdsü İsrailin paytaxtı olaraq rəsmən tanıyır.

Tramp ABŞ Dövlət Departamentindən də istəyib ki, ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsi üzrə hazırlıq işləri görsün.

İran İsla Respublikası Trampın bu hərəkətini pisləyən ilk ölkələrdən biri olub. İran Xarici İşlər Nazirliyi çərşənbə gecə bir bəyanatda bildirib: ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanıması beynəlxalq qətnamələrin açıq-aşkar şəkildə pozulmasıdır.

Bir çox ölkə və beynəlxalq təşkilat Trampın bu qərarını qınayıb.

Teqlər