Ruhani növbəti ilin büdcə layihəsini parlamentə təqdim edib
https://azeri.sahartv.ir/news/İran-i288861-ruhani_növbəti_ilin_büdcə_layihəsini_parlamentə_təqdim_edib
İran İslam Respublikası Prezidenti Həsən Ruhani bu gün səhər 1397-ci hicri şəmsi ili üçün dövlət büdcəsi layihəsini, araşdırılaraq qəbul edilməsi üçün İslami Şura Məclisinə təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2017 09:39 Asia/Baku
  • Ruhani növbəti ilin büdcə layihəsini parlamentə təqdim edib
    Ruhani növbəti ilin büdcə layihəsini parlamentə təqdim edib

İran İslam Respublikası Prezidenti Həsən Ruhani bu gün səhər 1397-ci hicri şəmsi ili üçün dövlət büdcəsi layihəsini, araşdırılaraq qəbul edilməsi üçün İslami Şura Məclisinə təqdim edib.

İranın Proqram və Büdcə Təşkilatının bildirdiyinə görə, İranın gələn il üçün dövlət büdcəsinin ümumi gəliri 368 trilyon tümən, vergi və gömrük gəlirləri isə 193 trilyon tümən təşkil edəcək.

İİR İslami Şura Məclisinin daxili nizamnaməsinə əsasən millət vəkilləri dövlət büdcəsi layihəsini əldə etdikdən sonra öz təkliflərini xüsusi komissiyalara təqdim etmək üçün 10 günlük fürsətə malik olacaqlar. 

Parlamentin ixtisaslaşdırılmış komissiyaları isə , büdcə layihəsinin araşdırılması üçün təşkil olunacaq birləşdirici komissiyaya öz hesabatlarını təqdim etmək üçün 15 günlük fürsətə malik olacaqlar. 

Parlamentin birləşdirici komissiyası da 15 gün ərzində büdcə layihəsi və əldə etdiyi hesabatları araşdıracaq və yekun hesabatı parlamentin açıq iclasına təqdim edəcək.