Dek 11, 2017 19:04 Asia/Baku
  • General Baqiri: ABŞ-ın Qüds əleyhinə hərəkəti, böyük intifazənin başlanğıcıdır

İranın Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi ABŞ prezidentinin Qüdsü saxta İsrail rejiminin paytaxtı elan etməsini böyük intifazənin başlanğıcı adlandırıb.

Sepah Newsun məlumatına görə, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Məhəmməd Baqiri bazar ertəsi günü Tehranda Böyük Qüdrətlər və Qərbi Asiya Regionunun Təhlükəsizliyi Milli Konfransında deyib: ABŞ-ın Qüdsü paytaxt elan etməsi böyük intifazənin başlanğıcıdır və bu yanlış qərar mübarək hadisələrin başlanğıcı olacaqdır. 

Ordu generalı Baqiri sionist rejimin regionun problemlərinin kökü olduğunu və region müsəlmanlarının bu xərçəng şişinə dözə bilmədiklərini bəyan edərək deyib: İslam İnqilabı baş verməsəydi, İsrail "amal" etdiyi ərazinin önəmli hissəsini mənimsəyəcəkdi. 

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi xatırladıb: Kiçik bir bölgə İsrailin dəstəyi ilə İŞİD-in işğalındadır və tezliklə azad olunacaq. Hazırda bütün dünya, hətta ABŞ Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətinin işini davam etdirməsini qəbul edib. 

Ordu generalı Baqiri regionun böyük qüdrətlərə ehtiyaclı olmadığını, İslam Respublikasının regionun xətakar ölkələrini bağışlaya biləcək səviyyədə böyük olduğunu bildirərək deyib: Regionun problemlərinin həlli yolu region xalqlarının mövqeyinə hörmətlə yanaşmaqdır. Belə ki, onlar özləri hökumətləri və hakimlərinin forması haqda qərar verməli və regiondakı mövcud sərhədlərə hörmətlə yanaşılmalıdır. 

Böyük Qüdrətlər və Qərbi Asiya Regionunun Təhlükəsizliyi Milli Konfransı bu gün İranın siyasi və hərbi şəxsiyyətlərinin iştirakı ilə Tehranda işə başlayıb. 

Teqlər