Dek 12, 2017 12:55 Asia/Baku
  • İran parlamenti: Trampın Qüds barədə qərarı sionist rejimin əsassız olmasına aydın dəlildir
    İran parlamenti: Trampın Qüds barədə qərarı sionist rejimin əsassız olmasına aydın dəlildir

İran İslam Respublikası İslami Şura Məclisinin üzvləri bildiriblər: ABŞ prezidentinin Qüdsü saxta İsrail rejiminin paytaxtı tanıması bu rejimin saxta və köksüz olmasına aydın dəlildir.

Parlament xəbər agentliyinin verdiyi məlumata görə, İslami Şura Məclisinin nümayəndələrindən 235 nəfər bir bəyanat yayaraq Qüdsə dəstək veriblər və bildiriblər ki, Beytül-Müqəddəs müsəlmanların ilk qibləsidir və bütün islam ümmətinə aiddir. 

Bəyanatda deyilir: Amerika və sionist rejim islam ümmətinin bu cinayətkar hərəkətlər qarşısında susmayacağından əmin olsunlar və Amerika öz qərarının mənfi nəticələrində məsuliyyət daşıyır. 

İranlı millət vəkilləri həmçinin bütün müsəlman ölkələri qısa zamanda sionist rejim ilə diplomatik əlaqələrini kəsməyə və Amerika ilə iqtisadi əlaqələrini minimuma endirməyə çağırıblar. 

 

Teqlər