ABŞ-ın Nümayəndələr Məclisində İrana qarşı 2 qanun layihəsi qəbul edilib
ABŞ-ın Nümayəndələr Məclisinin İnzibati Komitəsi çərşənbə axşamı İran İslam Respublikasına qarşı maliyyə şəffaflığı və təyyarə alışı ilə bağlı 2 qanun layihəsi qəbul edib.
İRİB-nin verdiyi məlumata görə, H.R.1638 saylı "İran rəsmilərinin mal varlığında şəffaflıq qanunu" və H.R.4342 saylı "İranın maliyyə resurslarına çıxışlarına nəzarətin artırılması qanunu" ABŞ-ın Nümayəndələr Məclisinin İnzibati Komitəsində 8 lehinə səslə qəbul edilib.
"İran rəsmilərinin mal varlığında şəffaflıq qanunu" əsasında ABŞ-ın maliyyə naziri Stiven Mnuçin İran rəsmilərinin mal varlığı barədə hesabat təqdim etməli olacaq.
"İranın maliyyə resurslarına çıxışlarına nəzarətin artırılması qanunu" isə Amerikada fəaliyyət göstərən şirkətlərdən sərnişin təyyarələrinin alınmasını çətinləşdirmiş olub.
ABŞ hökuməti və Konqresi davamlı olaraq İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasına zidd olaraq, İrana qarşı birtərəfli sanksiyalar tətbiq edirlər.
İran və 5+1 qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarında icraya qoyulub. Amma, ABŞ hökuməti bu anlaşmanı imzalayan tərəflərdən biri olaraq, davamlı şəkildə onu pozmağa çalışır.
ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasının digər tərəflərinin mövqelərinə zidd olaraq, bu anlaşmanı dəhşətli bir anlaşma adlandıraraq, onun ləğv edilməsini istəyir. Amma, dünya ictimaiyyəti ABŞ prezidentinin tam əksinə bu anlaşmanı böyük bir fürsət olaraq dəyərləndirir.