Dek 13, 2017 15:10 Asia/Baku
  • Tehranlı məktəblilər ABŞ-ın Qüds əleyhinə son hərəkətinə etiraz olaraq aksiya keçiriblər

Tehran məktəbliləri ABŞ prezidenti Donald Trampın Qüdsü işğalçı rejimin paytaxtı olaraq tanımasına etiraz məqsədilə bu gün İsveçrənin Tehrandakı səfirliyi önündə piket keçiriblər.

Tehran məktəbliləri çərşənbə günü keçirilən bu aksiyada "Amerikaya ölüm", "İsrailə ölüm" şüarları verərək, Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasına öz etirazlarını bəyan ediblər.

Tehran məktəbliləri həmçinin, bir bəyanat yayaraq, bildiriblər: İran İslam İnqilabının 4-cü nəsli ABŞ-ın məntiqsiz rəftarları qarşısında dayanıb və İsraili məhv etmək yolunda addımlayır.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib. Trampın bu qərarı dünya xalqları, ölkə başçıları və beynəlxalq təşkilatların etirazlarına səbəb olub.

Qüds şəhəri müsəlmanların ilk qibləsi və Fələstinin ayrılmaz hissəsidir. İslam dinində 3-cü müqəddəs məkan olan Qüds müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir.

Teqlər