İran və Çinin ticarət dövriyyəsinin dəyəri 43 mld. dolları keçdi
-
İran və Çinin ticarət dövriyyəsinin dəyəri 43 mld. dolları keçdi
İran və Çinin Birgə Ticarət Palatasının sədri Tehranın Pekinlə münasibətlərinin inkişafını uzunmüddətli və strateji adlandırıb və deyib: İki ölkənin ticarət dövriyyəsinin dəyəri cari ilin əvvəlindən indiyə qədər 43 milyard dolları keçib.
İRİB-in məlumatına görə, Əsədulla Əsgər Övladi şənbə günü deyib: Proqnoz olunur ki, Tehranla Pekinin iqtisadi və ticarət dövriyyəsinin dəyəri 2017-ci ilin sonuna qədər 45 milyard dollara çatacaq.
İran və Çinin Birgə Ticarət Palatasının sədri iki ölkənin ticarət dövriyyəsinin son illərdə 55% İranın və 45% Çinin xeyrinə olduğunu bildirərək xatırladıb: İki ölkənin gələn on il üçün məqsədi ildə 60 milyard dollar dəyərində ticarət dövriyyəsidir.
Əsədulla Əsgər Övladi əlavə edib: Hal-hazırda neft, qaz və neft-kimya Tehranın Pekinə ixracatının əsasıdır.
İran və Çinin Birgə Ticarət Palatasının sədri həmçinin tarix boyu iki ölkənin ticarət, ictimai və mədəni münasibətlərinin olduğuna toxunub və deyib: İran İslam Respublikası Çinlə əlaqələrin inkişaf etdirilməsini vurğulayır.