Dek 17, 2017 15:03 Asia/Baku
  • Naxçıvan Ali Məclisinin sədri və İran xarici işlər nazirinin görüşü
    Naxçıvan Ali Məclisinin sədri və İran xarici işlər nazirinin görüşü

İran İslam Respublikası xarici işlər naziri deyib: İran İslam Respublikası Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsini müsbət qarşılayır.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla Tehranda görüşdə deyib: İran və Azərbaycan Respublikası xalqları hər iki ölkəni öz evləri hesab edirlər və qəriblik hiss etmirlər. 

Zərif əlavə edib: İran ikitərəfli əməkdaşlıqlar, o cümlədən dəmiryolu, yolların çəkilməsi, infrastruktur layihələr, kənd təsərrüfatı, birgə istehsallar, gömrük qaydalarının sadələşdirilməsi və elektrik istehsalında Azərbaycan Respublikası ilə əməkdaşlıqları inkişaf etdirməyə hazırdır. 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da bu görüşdə İranda olduğundan məmnunluq edərək İran və Azərbaycan münasibətləri, xüsusilə də Naxçıvan Muxtar Respublikası ilə münasibətlərin inkişaf etməsindən razılığını bldirib. 

Azərbaycan Respublikasının bir hissəsi olan Naxçıvan 1924-cü ildə muxtar respublika formasında təsis olunmuşdur. 

Teqlər