Dek 18, 2017 13:14 Asia/Baku
  • Şəmxani: Trampın qərarı sionist rejimin məhvini sürətləndirəcək
    Şəmxani: Trampın qərarı sionist rejimin məhvini sürətləndirəcək

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq üzrə hərəkətinə toxunaraq, deyib: Bu hərəkətlər sionist rejimin məhvini sürətləndirəcəkdir.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün İranın qərbində yerləşən Kürdüstan vilayətində keçirilən terror şəhidlərinin anım konfransında bildirib ki, Qüds Fələstinin əbədi paytaxtıdır. O, deyib: Fələstin mövzusu İslam dünyasının əsas məsələsidir və Amerika ilə sionist rejimin Qüdsi-Şərifi sionist rejimin paytaxtı kimi tanımaq üzrə strateji səhvləri və mühasibat xətası İslam dünyasının birliyinə, eləcə də yenidən oyanması və dirçəlişinə səbəb olub.

Şəmxani İŞİD-in və onun regional və beynəlxalq himayədarlarının məğlubiyyətlərinə toxunaraq, deyib: Regionun müstəqil ölkələrinin iştirakı ilə yeni təhlükəsizlik və siyasi imkanların fəallaşdırılması təhdidləri aradan götürməklə yanaşı, Asiyanın qərbində Qərb ölkələri üçün bir rol nəzərdə tutmadan regional iştirakın yeni fəslini formalaşdırıbdır.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Yəmən xalqına qarşı cinayət törətmək üçün ABŞ tərəfindən Ərəbistana və Birləşmiş Ərəb Əmirliklərinə minlərlə kütləvi qırğın silahı, qadağan olunmuş silah və raketin verilməsinə də toxunub. O, əlavə edib: Media nümayişləri minlərlə müdafiəsiz və məzlum yəmənli qadın, uşaq və qocanı özlərinin qeyri-insani meyl və hədəflərinə qurban etmiş cinayətkarların simalarını təmizləyə bilməz.

 

Teqlər