Dek 24, 2017 10:56 Asia/Baku
  • Kimyəvi Silahlara Qadağa Təşkilatı iranlı əlilin şəhadəti ilə bağlı başsağlığı verib
    Kimyəvi Silahlara Qadağa Təşkilatı iranlı əlilin şəhadəti ilə bağlı başsağlığı verib

Kimyəvi Silahlara Qadağa Təşkilatı şənbə günü kimyəvi hücum nəticəsində əlil olmuş iranlı Əli Xoşləfzin həyat yoldaşına məktub ünvanlayaraq onun şəhadəti ilə bağlı başsağlığı verib və onu kimyəvi tərksilah sahəsində İranın açıq-aşkar sənədlərindən biri adlandırıb.

Əli Xoşləfz Müqəddəs Müdafiə dövrünün 70%-lik əlili illərlə əzab-əziyyətdən sonra ötən çərşənbə günü şəhadət məqamına nail oldu. 

Bu şəhidin dəfn mərasimi cümə günü Həmədan şəhərində İmam Xomeyni (rə) Hüseyniyyəsində cümə namazından sonra keçirildi və bu şəhərin şəhidlər xiyabanında torpağa tapşırıldı. 

İran İslam Respublikası elan olunmamış müharibə dövründə qərbin İraq diktatoru Səddam Hüseynə bağışladığı kimyəvi silahlardan ağır xəsarətlər görmüşdür. 

Cinayətkar Səddam rejimi İran əleyhinə müharibə illərində dəfələrlə kimyəvi silahlardan istifadə etdi. İraqın ilk kimyəvi hücumu isə 1981-ci il yanvar ayı ilə əlaqədardır. Həmin tarixdən müharibənin sonuna qədər İraq qüvvələri 3500-dən çox kimyəvi hücumda şəhərlər və sərhəd bölgələrdə, eləcə də döyüş cəbhələrində yüz minlərlə iranlını şəhid etdi və yaraladı. 

Kimyəvi silahdan istifadə Cenevrə protokoluna ziddir və kimyəvi silahlardan hər hansı istifadə qadağan olunub. Lakin BMT və Təhlükəsizlik Şurası bu sahədə ikili davranırlar. İraqın İran əleyhinə elan olunmamış müharibəsinin son illəri ərzində və ondan sonra yayımlanan sənədlər ümumilikdə 207 Avropa şirkəti, o cümlədən Hollandiya, Almaniya və Fransa şirkətlərinin Bəs rejiminə kütləvi qırğın silahları satdığını göstərir. 

Teqlər