İran və Rusiya bankları arasında əməkdaşlıq sənədi imzalanıb
https://azeri.sahartv.ir/news/İran-i290347-İran_və_rusiya_bankları_arasında_əməkdaşlıq_sənədi_imzalanıb
Bu gün Moskvada 4 İran bankı ilə Rusiyanın Ekzim Bankı arasında beynəlxalq maliyyə təminatı üzrə memorandum imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2017 13:09 Asia/Baku
  • İran və Rusiya bankları arasında əməkdaşlıq sənədi imzalanıb
    İran və Rusiya bankları arasında əməkdaşlıq sənədi imzalanıb

Bu gün Moskvada 4 İran bankı ilə Rusiyanın Ekzim Bankı arasında beynəlxalq maliyyə təminatı üzrə memorandum imzalanıb.

İRİB-in verdiyi məlumata görə, İranın Sepəh, İxracatın İnkişafı, Parsiyan və Pasarqad bankları ilə Rusiyanın Ekzim bankı arasında razılaşma sənədi İranın Mərkəzi Bankı ilə Rusiyanın ixracata sığorta üzrə dövlət müəssisəsi arasında imzalanmış anlaşma sənədindən sonra imzalanıb. 

Bu razılaşmaya əsasən İranda lazımı lissenziyalar əldə edən dövlət və özəl sektor nümayəndələri adı çəkilən 4 iranlı bank vasitəsi ilə Rusiyanın Eksim bankının maliyyə xidmətlərindən faydalana bilərlər və rus ixracatçılar da bu imkandan istifadə edərək İrana texniki mühəndislik xidmətləri icrac edə bilərlər. 

Son aylarda İran Hindistan, Çin, Cənubi Koreya, Danimarka, Avstriya və Rusiya ilə 6 faynans anlaşma imzalayıblar.