Şəmxani: ABŞ, Britaniya və Səudiyyə Ərəbistanı İrana qarşı vasitəçi savaşa başlayıblar
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi dünən deyib: Son günlərdə virtual fəzada İran İslam Respublikasına qaşrı gedənlər İran xalqına qarşı vasitəçi müharibədir.
Əli Şəmxani Livanın Əl-Məyadin telekanalına verdiyi açıqlamada deyib: İrandakı son günlərin durumu ilə əlaqədar haştaq və mesajlar ABŞ , Britaniya və Səudiyyə Ərəbistanından istiqamətləndirilir.
ABŞ və onun müttəfiqlərinin İranda hərc-mərclik yaratmaq cəhdlərindən biri iğtişaşçıları şəhərlərdə asayişi pozmağa çağırmalarındır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi mütəşəkkil xarici müdaxilədə məqsədin İranın inkişafına mane olmaq olduğunu bildirərək deyib: İslami İranın düşmənləri İranı içindən dağıtmağa cəhd göstərirlər ancaq buna heç vaxt nail olmayacaqlar.
Şəmxani deyib: İran xalqı ABŞ və onun müttəfiqləri o sıradan Səudiyyə Ərəbistanının müdaxilələrinə həssasdır.
İranın Milli Təhülkəsizlik Ali Şurasının katibi Səudiyyə Ərəbistanının İrana qarşı öz siyasi ssenarisi çərçivəsində çoxlu məbləğdə vəsait xərclədiyi və agentliklər yaratdığını bildirərək deyib: Ali-Səud İrana qarşı müdaxilələrinə reaksiyanın təhlükəli olacağını yaxşı bilir.