İran iğtişaşlarında bir Avropa vətəndaşı saxlanılıb
https://azeri.sahartv.ir/news/İran-i291165-İran_iğtişaşlarında_bir_avropa_vətəndaşı_saxlanılıb
İranın qərbində Brucerd rayonu ədliyyə idarəsinin rəhbəri bu rayonda son iğtişaşlarda bir Avropa vətəndaşının saxlanıldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2018 17:06 Asia/Baku
  • İran iğtişaşlarında bir Avropa vətəndaşı saxlanılıb

İranın qərbində Brucerd rayonu ədliyyə idarəsinin rəhbəri bu rayonda son iğtişaşlarda bir Avropa vətəndaşının saxlanıldığını bildirib.

Brucerd ədliyyə idarəsinin rəhbəri Həmidrza Bulhəsəni çərşənbə günü Təsnim xəbər agentliyi ilə müsahibədə deyib: İğtişaşlara rəhbərlik edən bir Avropa vətəndaşı əcnəbi casusluq xidmətləri tərəfindən Avropada təlimlər alıb.

İran xalqı çərşənbə günü müxtəlif şəhərlərdə irimiqyaslı yürüşlər təşkil edərək düşmənlərin yeni məkrli planı və ictimai əmlaka ciddi ziyan vuran iğtişaşçılara öz nifrətini bəyan edib.