Yan 06, 2018 16:28 Asia/Baku
  • İran İHQ: Tramp yaxşı olardı ki, Amerikanın dərin problemlərilə məşğul olsun
    İran İHQ: Tramp yaxşı olardı ki, Amerikanın dərin problemlərilə məşğul olsun

İranın məhkəmə hakimiyyətinin İinsan Haqları Qərargahı vurğulayıb: Amerikanın İrandakı iğtişaş və zorakılıqları dəstəkləməsi bu ölkənin və onun regiondakı müttəfiqlərinin siyasətlərinin uğursuz qalmasını ört-basdır etmək və İran xalqından intiqam almaq deməkdir.

ABŞ prezidenti Donald Tramp son bir neçə gündə müxtəlif twitt-lərdə İranın daxili işlərinə qarışaraq, iğtişaşçılara dəstək veribdir.

İranın məhkəmə hakimiyyətinini İnsan Haqları Qərargahı bu gün bir bəyanatda bildirib: Amerika, İngiltərə, sionist rejim, Səudiyyə Ərəbistanı, İŞİD terror qrupu, münafiqlər terror qruplaşması və insan haqları üzrə beynəlxalq mexanizmlər İrandakı son iğtişaşların himayədarlarından olublar.

Bu bəyanatda deyilir: Amerikanın İranın daxili işlərinə müdaxiləsinin artması elə bir haldadır ki, bu ölkə insan haqları pozucuları siyahısının önündə gedir və yaxşı olardı ki, Amerika prezidenti Donald Tramp beynəlxalq hüquq normalarının və BMT Nizamnaməsinin birbaşa pozulması sayılan digər ölkələrin daxili işlərinə qarışmaq yerinə, öz ölkəsinin problemləri ilə məşğul olsun.

Teqlər