Yan 06, 2018 18:20 Asia/Baku
  • Ayətullah Nuri-Həmədani: BMT TŞ Amerikanın oyuncağıdır
    Ayətullah Nuri-Həmədani: BMT TŞ Amerikanın oyuncağıdır

Böyük təqlid mərcəyi Ayətullah Hoseyn Nuri-Həmədani BMT Təhlükəsizlik Şurasının İran hadisələrini araşdırmaq üzrə iclasına toxunaraq, deyib ki, bu şura bundan artıq zalımların və Amerikanın aləti olmasın və İranın daxili işlərinə qarışmasın.

Ayətullah Nuri-Həmədani bu gün İranın Qom şəhərində özünün "xarici fiqh" dərsində xalqın İrandakı son çaxnaşmaları pisləyən yürüşdə iştirak etməsinə görə təşəkkür edərək, deyib ki, İslami İranın gözüaçıq və agah xalqı həmişəki kimi düşmənin fitnələrinin cavabını verdi.

Teqlər